• Bakı 16° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

İnformasiya texnologiyaları sahəsində aparılan işlər milli maraqlarımıza əsaslanır

SİYASƏT

02 May 2025 | 15:45

İnformasiya texnologiyaları sahəsində aparılan işlər milli maraqlarımıza əsaslanır

Dünyanın ən güclü kibercasus qruplarından biri tərəfindən həyata keçirilmiş hücumun necə və hansı məqsədlə edilməsinin müəyyən olunması bir daha onu göstərdi ki, İKT sahəsində də Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan fəaliyyətlər uğurla həyata keçirilir.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda təşkil olunan müzakirələrdə, fevralın 20-də bir sıra media resusrlara hücumlarla bağlı danışan komissiyanın sədri Ramid Namazov deyib.

O qeyd edib ki, hücumlara qarşı görülən tədbirlər barədə hesabatın texniki hissəsi ilə də tanış olduqdan sonra dövlətin bu sahədə kifayət qədər irəlilədiyinin bir daha şahidi olmaq olar:

“Əmin ola bilərsiniz ki, bu gün dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə, bunu edənləri ifşa etməyə və qarşısını almağa qadirdir”.


SON XƏBƏRLƏR

02 May 2025