• Bakı 18° C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Şirvanda AĞIR QƏZA: Bir ailənin 4 üzvü...

HADİSƏ

03 May 2025 | 00:51

Şirvanda AĞIR QƏZA: Bir ailənin 4 üzvü...

Şirvanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Tayota Prius” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.

    Nəticədə “Opel” markalı avtomobildə olan bir ailənin 5 üzvündən 4-ü-Neftçala sakini, 1988-ci il təvəllüdlü Bəşirli Əli Sədaqət oğlu, Abşeron sakini, 1995-ci il təvəllüdlü Bəşirli Leyla İlqar qızı, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Bəşirova Ayşən İlqar qızı, Şirvan sakini və 2018-ci il təvəllüdlü Bəşirli Gülay Əli qızı yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.

    Onlar ambulator yardım alandan sonra evə buraxılacaq.

    Faktla bağlı araşdırma aparılır./apa


    SON XƏBƏRLƏR

    02 May 2025