• Bakı 25° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Serbiyadan Vuçiçin hədələnməsi ilə bağlı AÇIQLAMA

DÜNYA

02 May 2025 | 20:46

Serbiyadan Vuçiçin hədələnməsi ilə bağlı AÇIQLAMA

Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 9-da Moskvada olacaq. Aleksandar Vuçiçin böyük təzyiqlərə baxmayaraq, faşizm üzərində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvada keçiriləcək Qələbə paradına qatılması vacibdir. Çünki onun qeyd etdiyi kimi, Serbiyanın orada öz yeri var.

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya Tərəqqi Partiyasının rəhbəri Milos Vuçeviç son günlər Vuçiçə Moskvaya səfərə etməməsi üçün edilən təhdidlərə reaksiya verərkən bildirib.

Qeyd edək ki, Qərb Vuçiçi Moskvaya səfər edəcəyi təqdirdə Serbiyanın AB-yə üzvlüyünün qadağan oluna biləcəyi ilə hədələyib.


SON XƏBƏRLƏR

01 Iyun 2025