Ukrayna qüvvələri Luqanskın Krasnodon şəhərindəki sənaye zonasına Fransanın “Storm Shadow” hava raketləri ilə zərbə endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə regionun rəhbəri Leonid Paseçnik deyib.
O bildirib ki, şəxsi və yaşayış binalarına ziyan dəyib, yaralılar var.
Paseçnik qeyd edib ki, hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub.