Almaniyanın Hamburq şəhərində xəstəxana yanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, gecə saatlaırnda baş vermiş yanğında 3 xəstə ölüb, 50-dən çox şəxs yaralanıb. Onlardan 16-sı ağır, 36-sı isə yüngül xəsarət alıb. Xəstəxananın bir hissəsi təxliyə edilməli olub. Yaralılara ya xəstəxananın özündə, ya da yaxınlıqdakı klinikalarda tibbi yardım göstərilib.
Marienkrankenhaus xəstəxanasında baş verən yanğın binanın 1-ci mərtəbəsindəki qocalar palatasının otaqlarından birində baş verib və bir mərtəbə yuxarıdakı fasada keçib. Tüstü binanın dörd mərtəbəsinə yayılıb.
Yanğının nədən baş verdiyi hələlik məlum deyil.
Yanğın təxminən 20 dəqiqəyə söndürülüb.