• Bakı 17° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə müzakirə APARDI

SİYASƏT

02 May 2025 | 21:05

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə müzakirə APARDI

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri və ictimai-siyasi dairələrin nümayəndələri ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMTM məlumat yayıb.

Qeyd olunub ki, görüşdə ölkənin xarici siyasət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik çağırışları, Ermənistanla aparılan normallaşma prosesi, Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin gücləndirilməsi istiqamətində atılan addımlar və qarşıda duran strateji hədəflər müzakirə olunub.


SON XƏBƏRLƏR

02 May 2025