• Bakı 17° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

PSJ-dən Dembele ilə bağlı açıqlama

İDMAN

02 May 2025 | 19:46

PSJ-dən Dembele ilə bağlı açıqlama

PSJ Çempionlar Liqasının yarınmfinalının "Arsenal"la ilk oyununda zədələnən futbolçusu Usman Dembele ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın liderinin sağ ayağında əzələ dartılması var.

Paris klubu fransalı vingerin getdikdə yaxşılaşdığını açıqlayıb. Onun nə vaxt sıraya dönəcəyi isə hələlik müəyyənləşməyib. Tezliklə bununla bağlı məlumat veriləcəyi bildirilib.

Qeyd edə ki, Dembele bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 34 qol vurub və 12 məhsuldar ötürmə edib.

Əlavə edək ki, PSJ ilə "Arsenal" arasında cavab matçı mayın 7-də Parisdə keçiriləcək.Londondakı ilk görüşdə (1:0) PSJ-nin yeganə qolunu Dembele vurmuşdu./Qol.az


SON XƏBƏRLƏR

02 May 2025