• Bakı 20° C

    17.21 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

UEFA Superkubokunda qarşılaşacaq komandalar bəlli oldu

İDMAN

01 Iyun 2025 | 10:45

UEFA Superkubokunda qarşılaşacaq komandalar bəlli oldu

2025-ci il UEFA Superkuboku qarşılaşmasının iştirakçıları müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Superkuboka ilk vəsiqəni mayın 21-də Avropa Liqasının finalında digər İngiltərə təmsilçisi “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gələn “Tottenhem” qazanıb.

London klubunun rəqibi isə Çempionlar Liqasının finalında İtaliya “İnter”ini 5:0 hesabı ilə məğlub edən Fransanın PSJ klubu olacaq.

Beləliklə, avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda keçiriləcək UEFA Superkubokunda PSJ və "Tottenhem" komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, avrokuboklarda ilk dəfə üz-üzə gələcək rəqiblərin 2017-ci ildə ABŞ-də yoldaşlıq görüşü "Tottünhem"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.


SON XƏBƏRLƏR

02 Iyun 2025