• Bakı 27° C

    8 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

"Əl-Hilal" "Mançester Siti"yə qalib gəldi

İDMAN

01 Iyul 2025 | 08:47

Əl-Hilal Mançester Sitiyə qalib gəldi

Futbol üzrə Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində İngiltərənin "Mançester Siti" klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına əlavə vaxtda 3:4 hesabı ilə uduzub.

Bakıvaxtı.az
xəbər verir ki, qarşılaşma ABŞ-ın Florida ştatının Orlando şəhərində baş tutub.

"Əl-Hilal"ın heyətində Markos Leonardo (46 və 112-ci dəqiqələr), Malkom (52) və Kalidu Kulibali (94) fərqlənib.

"Mançester Siti"nin qollarını isə Bernardu Silva (9), Erlinq Holand (55) və Fil Foden (104) vurub.


    SON XƏBƏRLƏR