• Bakı 22° C

    17.82 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

PSJ Çempionlar Liqasında rekord sayda gəlir əldə edib

İDMAN

01 Iyun 2025 | 15:30

PSJ Çempionlar Liqasında rekord sayda gəlir əldə edib

UEFA Çempionlar Liqasının finalında "İnter"ə (İtaliya) qalib gələn PSJ (Fransa) rekord sayda pul mükafatı əldə edib.

Bakıvaxtı.az “Football Meets Data” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qalibi olduğuna görə 10,5 milyon, finalda qələbə qazandığı üçün 6,5 milyon, UEFA Superkubokuna vəsiqə əldə etdiyi üçün isə büdcəsinə 4 milyon avro yazdırıb.

Paris klubunun mövsüm ərzində ümumi qazancı 148,4 milyon avro olub. Bu isə UEFA-nın pul mükafatları tarixində rekord göstəricidir.

Qeyd edək ki, PSJ ötən gün finalda "İnter"ə 5:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.


SON XƏBƏRLƏR

02 Iyun 2025