• Bakı 23° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Sabiq "Qarabağ"lı yenidən Azərbaycanda - bu klubumuza keçdi

İDMAN

01 Iyul 2025 | 14:01

Sabiq Qarabağlı yenidən Azərbaycanda - bu klubumuza keçdi

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Bakıvaxtı.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu Hamidu Keyta ilə 1 illik müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. Azərbaycanlı azarkeşlərə yaxşı tanış olan Keyta Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib.

O, müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.


SON XƏBƏRLƏR