• Bakı 16° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

İlham Qasımov Kino Agentliyinin Müşahidə Şurasında təmsil olunacaq

CƏMİYYƏT

02 May 2025 | 14:58

İlham Qasımov Kino Agentliyinin Müşahidə Şurasında təmsil olunacaq

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurası formalaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov Şuraya üzv təyin edilib.

İlham Qasımov 1977-ci ildə anadan olub. 1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb. O, 1999–2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 

2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib. O, 2023-cü ildən Heydər Əliyev Sarayına rəhbərlik edir.


SON XƏBƏRLƏR

02 May 2025