• Bakı 25° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

İmtahan zamanı nəzarətçi zalda köçürməyə şərait yaradıb, xaric edilib

CƏMİYYƏT

01 Iyun 2025 | 14:43

İmtahan zamanı nəzarətçi zalda köçürməyə şərait yaradıb, xaric edilib

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

Mərkəzdən Bakıvaxtı.az-a verilən məlumata görə, imtahan binasının girişində yoxlama zamanı 3 nəfərdə üzərində gizlədilmiş mobil telefon aşkarlanıb və həmin şəxslər imtahana buraxılmayıblar.
3 nəfərdə isə imtahan zalında mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi zalda köçürməyə şərait yaratdığı üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.


SON XƏBƏRLƏR

07 Iyun 2025