• Bakı 20° C

    17.21 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Parkda ağaca çıxdı, düşə bilmədi - Xilasedicilər gəldi - VİDEO

CƏMİYYƏT

01 Iyun 2025 | 11:41

Parkda ağaca çıxdı, düşə bilmədi - Xilasedicilər gəldi - VİDEO

Ötən gecə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən parkın ərazisində 1 nəfər şam ağacına çıxıb və enə bilmədiyi üçün köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən hündürlüyü 5 metr olan şam ağacında köməksiz vəziyyətdə qalmış 2012-ci il təvəllüdlü yeniyetmənin təhlükəsiz qaydada ağacdan endirilməsi təmin edilib.


SON XƏBƏRLƏR

02 Iyun 2025