• Bakı 25° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Ziyəddin və Hüseyn Səfərovlar dəfn edildi - YENİLƏNİB - FOTOLAR

CƏMİYYƏT

01 Iyul 2025 | 10:42

Ziyəddin və Hüseyn Səfərovlar dəfn edildi - YENİLƏNİB - FOTOLAR

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.

Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

10:01

Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunacaqlar.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, çox sayda azərbaycanlı həbs edilib.

***

08:26

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı qətlə yetirilən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların cənazəsi doğulduqları Ağcabədi rayonuna gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, qardaşların cənazəsi ailələrinin yaşadığı evə aparılıb. Burada əvvəlcə vida mərasimi keçiriləcək, daha sonra isə Səfərov qardaşları valideynlərinin dəfn olunduğu Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.

Xatırladaq ki, hadisə iyunun 27-də səhər saatlarında baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın təşkil edib. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər isə saxlanılıb.


SON XƏBƏRLƏR

30 Iyun 2025