• Bakı 26° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Tramp Yaponiyanı tariflərlə hədələyib: “Düyü almırlar, amma qıtlıq yaşayırlar”

DÜNYA

01 Iyul 2025 | 10:11

Tramp Yaponiyanı tariflərlə hədələyib: “Düyü almırlar, amma qıtlıq yaşayırlar”

ABŞ Prezidenti Donald Tramp Yaponiyanı düyü idxalı məsələsində tariflərlə hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.

Tramp paylaşımında Yaponiyada ciddi düyü qıtlığı olduğunu qeyd edib, lakin buna baxmayaraq, bu ölkənin ABŞ-dən düyü almadığını bildirib:

"Yaponiyaya böyük hörmətim var. Amma bizim düyülərimizi almırlar, halbuki özləri düyü qıtlığı yaşayırlar. Başqa sözlə, biz sadəcə onlara bir məktub göndərəcəyik və uzun illər ticarət tərəfdaşı olmaqdan məmnuniyyət duyardıq", – deyə Tramp yazıb.

ABŞ prezidenti əlavə edib ki, yaxın 1-2 həftə ərzində bir çox ölkəyə məktublar göndəriləcək. Məktublarda bu ölkələrin ABŞ-la ticarət aparmaq üçün ödəməli olduqları yeni tarif dərəcələri barədə məlumat veriləcək:

“Mən hamıya məktub göndərmək istərdim ki, 'təbrik edirəm, siz 20, 25, 40, 50 faiz tarif ödəyirsiniz”.

Tramp daha əvvəl də bildirmişdi ki, ABŞ 200-dən çox ölkənin hamısı ilə eyni anda ticarət müqaviləsi bağlaya bilməz və bu səbəbdən bəzi ölkələr yeni tariflərlə qarşılaşa bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR