• Bakı 20° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Anqolada etiraz aksiyaları: 22 nəfər ölüb

DÜNYA

31 Iyul 2025 | 09:03

Anqolada etiraz aksiyaları: 22 nəfər ölüb

Anqolada dizel qiymətlərinin artırılmasına qarşı keçirilən etiraz aksiyalarında 22 nəfər həlak olub, 197 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Manuel Homem məlumat verib və ölənlər arasında bir polisin də olduğunu bildirib.

Milli Polisin sözçüsü Mateuş Rodriqes iğtişaşlarla əlaqədar 1214 nəfərin saxlanıldığını açıqlayıb.

Etirazlar hökumətin yanacaq subsidiyalarını azaltmaq məqsədilə qiymət artımı qərarından sonra başlayıb.

Aksiya çərçivəsində paytaxt Luandada sürücülər üç günlük tətilə çıxıblar.

Əli Hüseynov


SON XƏBƏRLƏR

15 Sentyabr 2025