• Bakı 23° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Rusiya Paşinyanı “yıxmaq” istəyir - “İnqilablar atası” iş başında...

SİYASƏT

01 Iyul 2025 | 11:56

Rusiya Paşinyanı “yıxmaq” istəyir - “İnqilablar atası” iş başında...

“Ermənistanda hökumət və kilsə arasındakı münasibətlər yenicə gün üzünə çıxsa da, bu əlaqələrdəki gərginlik xeyli müddətdir başlayıb”.

Bunu Bakıvaxtı.az-a politoloq Zeynal Əmrəliyev Ermənistanda hakimiyyət çevrilişinə cəhdi şərh edərkən bildirib.

O qeyd edib ki, 2018-ci ildən Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra kilsə ilə hökumət arasında gərginlik hökm sürür:

“Çünki kilsə faktiki olaraq Rusiya tərəfindən idarə olunur. Yəni Rusiyaya bağlı şəkildə fəaliyyət göstərir. Kilsə “Qarabağ klanı” və Moskvaya bağlı digər müxalif qüvvələrlə Paşinyan hökumətinə problemlər yaratmağa başladı. Düzdür, həmin zaman ruhani idarə təmkinini bir qədər qoruyurdu, hökumətin üzərinə çox getmirdi. Müəyyən məsələlərdə tənqidi fikirlər səsləndirirdi. 44 günlük müharibə zamanı erməni kilsəsinin revanşist bəyanatının şahidi olduq. Hökumətə Azərbaycanla atəşkəs müqaviləsi bağlamağa imkan vermirdilər, müharibənin davam etdirilməsi ilə bağlı çağırışlar səsləndiridrilər. Ancaq burada olan əsas məsələ odur ki, bu müddət ərzində kilsə revanşizmin və Rusiya agenturasının mərkəzi kimi fəaliyyət göstərib. Hazırda da eyni prosesi davam etdirir”.

Müsahibimiz qeyd edib ki, Ermənistanda Rusiya tərəfindən hakimiyyətin dəyişdirilməsi prosesi faktiki olaraq həyata keçirilir:

“Təsadüfi deyil ki, Ermənistanın Rusiya tərəfindən kuratorunun dəyişdirilməsi barədə mətbuat orqanlarında məqalələr tirajlandı. Ermənistanın kuratoru XİN başçısı Sergey Lavrov idi, hazırda isə ondan alınaraq, Prezident administrasiyası rəhbərinin birinci müavini, keçmiş baş nazir Sergey Kiriyenkoya həvalə olunduğu bildirilir. Kiriyenko Rusiyada “inqilablar atası” kimi tanınır. Onun nəzarət etdiyi ölkələrdə əsasən hakimiyyət dəyişikliyi həyata keçirilir”.

Zeynal Əmrəliyev: Paşinyan onu devirmək istəyənləri geri oturtmağa çalışacaq

Politoloq bildirib ki, bundan sonra Rusiyada olan erməni milyarder Karapetyanın Ermənistanda dövlət çevrilişinə hazırlaşması barədə açıqlamalar yayıldı. Ermənistan təhlükəsizlik orqanları Karapetyanı artıq həbs edib, istintaq davam edir. Ötən il bütün bunların fonunda artıq Paşinyana qarşı proseslər başlamışdı. Buna da “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edirdi. Onun da həbsi barədə məlumatlar var. Bunlar onu göstərir ki, kilsə də bu prosesin içərisindədir.

Əmrəliyev hesab edir ki, Paşinyan rəqiblərinin üzərinə hücuma keçib, onu devirmək istəyənləri geri oturtmağa çalışacaq:

“Onun əsas məqsədi Qaragenin vəzifəsindən azad edilməsi olacaq və bundan sonra Qaragenin əleyhinə də müvafiq addımlar atılacaq. Paşinyan onun hakimiyyətini devirmək istəyən qüvələri sıradan çıxarır”.

Qeyd edək ki, ötənlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR