• Bakı 25° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Hindistanda kimyəvi zavodda PARTLAYIŞ: Ölənlər var

DÜNYA

01 Iyul 2025 | 08:31

Hindistanda kimyəvi zavodda PARTLAYIŞ: Ölənlər var

Hindistanın cənubunda yerləşən Telanqana ştatında kimyəvi zavodda baş verən güclü partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan polisi rəsmi məlumat yayıb. 

Hadisə nəticəsində 34 nəfər ölüb.

Partlayış bazar ertəsi səhər saatlarında ştatın Sigachi Industries adlı kimyəvi zavodunda baş verib. Nəticədə sənaye binası tamamilə dağılıb və ərazidə böyük yanğın baş verib.

Onlarla yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerində dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir.

Telanqana ştat hökuməti hadisə ilə bağlı rəsmi araşdırma aparılması üçün göstəriş verib. İlkin versiyalara əsasən, partlayışa təhlükəli maddələrlə düzgün davranılmaması səbəb ola bilər.


SON XƏBƏRLƏR

30 Iyun 2025