• Bakı 20° C

    17.21 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Ombudsmanın təşəbbüsü ilə uşaqlarla bağlı VİDEOÇARX

CƏMİYYƏT

01 Iyun 2025 | 12:22

Ombudsmanın təşəbbüsü ilə uşaqlarla bağlı VİDEOÇARX

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların hüquq və azadlıqları barədə ictimai məlumatlılığın artırılması, onların cəmiyyətdə layiqli və fəal iştirakına töhfə verilməsi məqsədilə sosial maarifləndirici videoçarx hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, videoçarxda uşaqlara qarşı ayrı-seçkiliyin yolverilməzliyi, azyaşlıların mənafelərinin üstünlüyü, onların sağlam, təhlükəsiz, qayğı ilə əhatə olunan mühitdə yaşamaq və inkişaf etmək hüququnun təmini, həmçinin uşaqların fikirlərinə hörmətlə yanaşılması kimi mühüm prinsiplərin və bu istiqamətdə birgə fəaliyyətin vacibliyi əks olunub.

Bir daha hər kəs uşaqların hüquqlarına hörmətlə yanaşmağa və onların müdafiəsinə yönəlmiş səylərə fəal şəkildə dəstək verməyə çağırılır.

Videoçarxda uşaqların iştirakının təmin edilməsində göstərdikləri dəstəyə görə tərəfdaş qurumlara - Azərbaycan Gimnastika Federasiyasına, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, “Neftçi” Peşəkar Futbol Klubuna, Avropa Azərbaycan Məktəbinə, “Birgə və Sağlam” İctimai Birliyinə təşəkkür edilir.


SON XƏBƏRLƏR

02 Iyun 2025