Vətəndaşlara barələrində olan məhdudiyyət tədbirləri barədə elektron bildiriş göndərilməsi ilə bağlı hazırda iş gedir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiyada Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev deyib.
Elşad Hacıyev qeyd edib ki, bu, hər bir vətəndaşın barəsində olan məhdudiyyət tədbirindən xəbərdar olmasına imkan verəcək.