LC Waikiki geyim mağazasının "Gənclik Mall"dakı filialında kondisionerlər işləmir.
Bakıvaxtı.az-ın mağazadakı əməkdaşının verdiyi məlumata görə, istidən halı pisləşənlər də olub. Mağaza satıcıları isə kondisionerlərin işləməmə səbəbi barədə hər hansı bir məlumat vermirlər. Bəziləri "səhər işləyirdi, indi işləmir" deməklə işini bitmiş hesab edir. Administratoru axtarıb sualımıza cavab tapmaq istəsək də, buna nail ola bilmədik.
Milyonlarla dövriyyəsi olan bu mağaza qızmar istidə alıcılara məşəqqət yaşadır. Əlbəttə, texniki xəta ola bilər, amma bunun operativ həlli elə də müşkül məsələ deyil. Görünən odur ki, mağaza rəhbərliyi enerji və pula qənaət etmək niyyəti ilə insanlara istibdad yaşadır.
Aydın Baxış