• Bakı 22° C

    17.82 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Komitə növbəti fləşmobu məşhur mahnıya həsr etdi - VİDEO

CƏMİYYƏT

01 Iyun 2025 | 15:43

Komitə növbəti fləşmobu məşhur mahnıya həsr etdi - VİDEO

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində musiqili fləşmob təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin şagirdlərinin ifasında sözləri və musiqisi mərhum bəstəkar, özü də əslən Füzulidən olan Bəhram Nəsibova məxsus məşhur “Anadır arzulara hər zaman Qarabağ” mahnısı səsləndirilib. Onları yerli gənc musiqiçilərdən ibarət ansambl müşayiət edib. Sakinlər səmimi və təsirli ifanı böyük rəğbət hissi ilə qarşılayıb və alqışlayıblar.

Fləşmobun əsas məqsədi azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramına ictimai diqqəti artırmaq, vətəndaşlarımızın doğma torpaqlara dönüş sevincini paylaşmaq və yeni həyatın başlanğıcına ruh yüksəkliyi qatmaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq icra edilən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura köçürülmə prosesi mərhələli şəkildə davam etdirilir. Fləşmob haqqında videoçarxı təqdim edirik.

 


SON XƏBƏRLƏR

02 Iyun 2025