• Bakı 19° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

CƏMİYYƏT

03 May 2025 | 00:13

Azərsun Holdinq”in yeni sədri bəlli oldu

"Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib.

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Əhməd Gözəl gətirilib.

Bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gözəlin oğlu olan Əhməd Gözəl 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub.

Elə həmin ildən etibarən "Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib.

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.


SON XƏBƏRLƏR

02 May 2025