• Bakı 17° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Bakı və Nayrobi arasında ilk siyasi məsləhətləşmələr keçirilib

SİYASƏT

02 May 2025 | 17:18

Bakı və Nayrobi arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Nayrobidə Azərbaycan və Keniyanın Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Keniya tərəfini təmsil edən ölkənin Xarici İşlər Nazirliyinin (XİN) katibi Korir Sinq'Oey məlumat verib.

Azərbaycan nümayəndə heyətinə isə XİN başçısının müavini Yalçın Rəfiyev rəhbərlik edib.

"Məhsuldar müzakirələrin yekunları üzrə ölkələrimiz ticarət və investisiya, kənd təsərrüfatı, müdafiə, texnologiya, təhsil və digər sahələrdə əməkdaşlığı gücləndirməyi öhdəsinə götürdü. Biz Azərbaycanın Bakıda keçirilən COP29 iqlim konfransına rəhbərliyini yüksək qiymətləndirdik. Həmçinin, Azərbaycanın itki və zərər fondunun reallaşdırılması, 300 milyard dollar həcmində yeni kollektiv kəmiyyət hədəfi vasitəsilə iqlim maliyyələşdirməsinin artırılması məsələsindəki səylərini yüksək qiymətləndiririk", - K.Sinq'Oey sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Bakı və Nayrobi Qoşulmama Hərəkatı çərçivəsində də əməkdaşlığı gücləndirməyi öhdələrinə götürüblər.


SON XƏBƏRLƏR

02 May 2025