• Bakı 16° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

İrakli Kobaxidze ABŞ senatoru ilə görüşüb

SİYASƏT

30 May 2025 | 17:03

İrakli Kobaxidze ABŞ senatoru ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə hökumətin administrasiyası məlumat yayıb.

Məlumata görə, görüşdə ABŞ-Gürcüstan münasibətləri, Gürcüstanın regiondakı rolu və ölkədəki siyasi vəziyyət müzakirə edilib. Baş nazir bir daha Gürcüstan hökumətinin ABŞ ilə münasibətləri yenidən başlamağa və strateji tərəfdaşlığı konkret fəaliyyət planına əsaslanaraq yeniləməyə hazır olduğunu təsdiqləyib. O, bu əməkdaşlığın hər iki ölkəyə real nəticələr gətirəcəyini vurğulayıb. 

İrakli Kobaxidze Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsindəki vacib rolunu və ölkənin tranzit potensialını qeyd edib. Baş nazir Gürcüstanda siyasi proseslərə də diqqət yetirilib. O, bildirib ki, ölkədə siyasi sabitlik təmin olunub və Gürcüstan hakimiyyəti bunun zəmanətçisidir.

Gülşən Şərif


SON XƏBƏRLƏR