Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan Bakir Səfərov barəsində qərar çıxarıb.
Bakıvaxtı.az bu barədə APA-ya istinadla xəbər verir ki, məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib.
Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
***
16:41
Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
Bakıvaxtı.az bu barədə APA-ya istinadla xəbər verir.
***
16:04
Yekaterinburq məhkəməsi növbəti azərbaycanlı, iyunun 27-də saxlanılan Əhliman Gənciyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.
Bakıvaxtı.az bu barədə APA-ya istinadla xəbər verir ki, Gənciyev məhkəmə zalına gətirilib.
Onun üç uşaq atası və Rusiya Federasiyası vətəndaşı olduğu bildirilib.
Məhkəmə əvvəllər məhkum olunmayan Gənciyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi prosesini qapalı elan edib.
15:54
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçib.
Bakıvaxtı.az bu barədə APA-ya istinadla xəbər verir.
***
15:35
Yekaterinburq məhkəməsi daha üç azərbaycanlı barədə həbs qətimkan tədbirinin seçilməsinə baxacaq.
Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, artıq təqsirləndirilən Şahid Lalayev məhkəmə zalına gətirilib.
Günün sonuna kimi məhkəmə Bakir Səfərov və Əhliman Gənciyevin barəsinə həbs qətimkan tədbirinin seçilib-seçilməməsi barədə qərar verəcək.
***
14:56
Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.
Yerli mətbuatın məhkəmə zalından yayımladığı videodan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var. Jurnalistlərin göyərtilərin mənşəyi barədə sualına cavab olaraq o, bunları saxlanılmazdan əvvəl aldığını bildirib.
“Mən saxlanılmazdan əvvəl... 25, 26-sı tarixində, xatırlamıram”, – o jurnalistlərə bildirib və əlavə edib ki, özü yıxılıb.
***
13:56
Ayaz Səfərovun üzündə işgəncə faktları müşahidə olunur.
Bakıvaxtı.az bu barədə apa-ya istinadən xəbər verir.
***
13:32
Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Ayaz Səfərov məhkəmə zalına gətirilib.
Qeyd edək ki, məhkəmə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndərilib.