• Bakı 18° C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

ABŞ Ukraynaya F-16 avadanlıqlarının satışını təsdiqləyib

DÜNYA

03 May 2025 | 01:10

ABŞ Ukraynaya F-16 avadanlıqlarının satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti F-16 təlim və texniki dəstək kimi xidmətlərin, həmçinin müvafiq avadanlıqların Ukraynaya 310,5 milyon dollara satışını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) saytında məlumat verilib.

Məlumatda qərarın ABŞ Konqresi tərəfindən təsdiqlənməli olduğu bildirilir.

Qeyd olunan paketə təyyarələrin modifikasiyası və modernləşdirilməsi, kadr hazırlığı, istismar və texniki xidmət, ehtiyat hissələri və istehlak materialları, yerüstü avadanlıqların təmiri və təchizatı, proqram təminatına dəstək, məxfi və məxfi olmayan sənədlərin, nəşrlərin və texniki məlumatların ötürülməsi, tədqiqat və araşdırmaların aparılması, ABŞ hökuməti və podratçılar tərəfindən mühəndislik, texniki və logistika xidmətləri daxildir.

“Reuters“in məlumatına görə, əsas podratçılar arasında “Lockheed Martin Aeronautic”, “BAE Systems” və “AAR Corporation” kimi şirkətlər var./apa


SON XƏBƏRLƏR

02 May 2025