• Bakı 14° C

    1.25 m/s

Polşada seçkilər: Tşaskovski qalibdir

DÜNYA

02 Iyun 2025 | 00:30 | Müəllif: Subhan Mahmudov

Polşada seçkilər: Tşaskovski qalibdir

Polşada keçirilən prezident seçkilərinin ikinci turunda hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu seçki məntəqələri bağlandıqdan sonra “exit-poll”un nəticələri sübut edir. Sosioloqların hesablamalarına görə, Tşaskovski 50,3% səs toplayıb. Onun rəqibi, ən böyük müxalifət partiyası olan “Hüquq və Ədalət”i təmsil edən Karol Navroçki 49,7% səs yığıb.

Seçki qərargahında çıxış edən Tşaskovski prezident seçkilərinin ikinci turunda qalib gəldiyini elan edib. 

Dövlət Seçki Komissiyası səsvermənin rəsmi nəticələrinə iyunun 2-də yekun vurmağı planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026