• Bakı 23° C

    16.76 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Rusiya nümayəndə heyəti İstanbula gəlib

DÜNYA

01 Iyun 2025 | 21:44

Rusiya nümayəndə heyəti İstanbula gəlib

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TASS”dakı mənbə məlumat verib.

“Danışıqlar aparan qrup İstanbula gəlib”, - agentliyin mənbəsi bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda müharibənin əsas səbəblərini aradan qaldırmağın bütün aspektləri ilə bağlı Ukraynaya memorandum təqdim etməyə hazırdır.

Ukraynanın müdafiə naziri, danışıqlarda nümayəndə heyətinin rəhbəri Rustem Umerov bəyan edib ki, Kiyev Rusiya tərəfi ilə görüşün əleyhinə deyil, lakin öncədən Moskvadan memorandum gözləyir.


SON XƏBƏRLƏR

02 Iyun 2025