ABŞ-nin keçmiş prezidenti Co Baydenin adından sənədləri imzalamaq üçün avtomatik qələmdən istifadə edən Ağ Evin 4 əməkdaşının şəxsiyyəti müəyyən edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsinin sədri, respublikaçı Ceyms Komer bildirib.
Konqresmen əlavə edib ki, o, avtomatik qələmə cavabdeh olan şəxslərdən vəziyyətlə bağlı izahat, eləcə də əfv və icra sərəncamları da daxil olmaqla “kritik sənədlərin” avtomatik imzalanması prosesinin dəqiq necə qurulduğuna dair hesabat gözləyir.
Daha əvvəl senator Erik Şmitt, ABŞ Senatının 20 yanvar 2021-ci ildən 2025-ci il yanvarın 20-dək olan müddətdə Baydenin səhhətinin pisləşdiyi dövrdə ölkəni əslində kimin idarə etdiyini öyrənmək üçün dinləmələr keçirəcəyini bildirib.