• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qəzzada həlak olanların SAYI

DÜNYA

01 Iyun 2025 | 21:32

Qəzzada həlak olanların SAYI

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həlak olanların sayı 54 min 418, yaralıların sayı isə 124 min 190-a yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarda ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlayıb.

    Açıqlamada Qəzza zolağında son 24 saatda 37 cəsədin və 136 yaralının xəstəxanalara gətirildiyi, cəsədlərdən 5-nin İsrailin əvvəlki hücumlarında dağıntılar altında qalan mülki şəxslərə aid olduğu bildirilib.

    İsrailin Qəzza zolağında martın 18-də atəşkəsi birtərəfli qaydada pozmasından indiyədək 4149 fələstinli həlak olub, 12149 fələstinli isə yaralanıb.

    Nazirlik bəzi cəsədlərin hələ də dağıntılar altında olduğunu bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026