• Bakı 22° C

    15.27 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Misir və Qətər Qəzzada tezliklə atəşkəsə ümid edir

DÜNYA

02 Iyun 2025 | 00:10

Misir və Qətər Qəzzada tezliklə atəşkəsə ümid edir

Misir və Qətər Qəzza zolağında 60 günlük atəşkəs haqqında razılaşmanın yaxın gələcəkdə əldə olunacağına ümid etdiyini bildirib.

Bu barədə Bakıvaxtı.az iki ölkənin Xarici İşlər Nazirliklərinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, bu vasitəçi ölkələr hazırda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun təklifi əsasında İsrail və HƏMAS arasında mövcud mübahisəli məsələləri həll etməyə çalışırlar.

Tərəflər danışıqlar aparanları diplomatik prosesə məsuliyyətlə yanaşmağa və Qəzzada böhrana son qoymaq üçün vasitəçilərin səylərini asanlaşdırmağa çağırıblar.


SON XƏBƏRLƏR