• Bakı 23° C

    16.94 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Zelenski darmadağından yazdı: Tarixə düşən əməliyyat…

DÜNYA

01 Iyun 2025 | 23:21

Zelenski darmadağından yazdı: Tarixə düşən əməliyyat…

Tamamilə parlaq nəticə. Ukraynanın öz uğuru. Planlaşdırmanın başlanmasından effektiv həyata keçirilməsinə qədər - bir il altı ay və doqquz gün…

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Rusiya aerodromlarına kütləvi PUA hücumu və 40-dan çox strateji aviadaşıyıcının məhvinə səbəb olan "Hörümçək" əməliyyatı haqda qeyd edib.

“Əməliyyatımız ən genişmiqyaslı əməliyyatdır. Əməliyyata hazırlaşan adamlarımız vaxtında Rusiya ərazisindən çıxarılıb.

İndi hər şeyi deyə bilmərik, amma bunlar Ukraynanın tarix dərsliklərində mütləq yer alacaq addımlardır.

Ukrayna özünü müdafiə edir və tamamilə haqlıdır - biz Rusiyaya bu müharibəni dayandırmaq ehtiyacını hiss etdirmək üçün hər şeyi edirik. Bu müharibəni Rusiya başladı, Rusiya buna son verməlidir. Ukrayna bunun üçün hər şey edəcək.

Slava Ukrayna!” – Zelenski bildirib.


SON XƏBƏRLƏR

02 Iyun 2025