Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 2-də İstanbulda keçirilən danışıqlarda nümayəndə heyətinin tərkibini dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc edilib.
Nümayəndə heyətinə üç yeni üzv daxil olub: Ali Radanın insan hüquqları üzrə komissarının təhlükəsizlik və müdafiə sektoru orqanları sistemindəki nümayəndəsi Yuri Kovbasa, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Yevgeni Ostryanski və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Mərkəzi Hüquq İdarəsinin Beynəlxalq hüquq şöbəsinin rəisi Andrey Fomin.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Rustem Umerov nümayəndə heyətinə rəhbərlik edəcək.