• Bakı 16° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

AYNA rəsmisi: Bəzi marşrut avtobusları sürücülərinin kobudluğuna dair faktlar dərhal araşdırılır

CƏMİYYƏT

02 May 2025 | 14:56

AYNA rəsmisi: Bəzi marşrut avtobusları sürücülərinin kobudluğuna dair faktlar dərhal araşdırılır

Sosial mediada bəzi marşrut avtobusları sürücülərinin kobudluğuna dair yayılan faktlar dərhal araşdırılır

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentlitinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.

O, marşrut avtobusları sürücülərinin sərnişinlərə qarşı kobudluqlarının yolverilməz olduğunu bildirib:

“Biz belə halları sosial mediada görən kimi dərhal araşdırmalar aparırıq. Yaxşı olar ki, problemlə qarşılaşan sərnişinlər özləri də bizi məlumatlandırsın”.


SON XƏBƏRLƏR

02 May 2025