Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının tərkibinə iki yeni üzv daxil edilib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynova hakim partiyanın Veteranlar Şurasına üzv olub.
Qərar partiya İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Bahar Muradova çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, Arif Qaraşov Daşınmaz Əmlakın Dvlət Reyestri Xidmətinin sabiq rəhbəridir. Fidumə Hüseynova isə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sabiq müavini, Binəqədi rayonunun sabiq icra başçısıdır.
Xatırladaq ki, YAP-ın Veteranlar Şurasının hazırkı tərkibi aşağıdakı kimidir:
- Rəhimzadə Arif Qafar oğlu – sədr
- Qəhrəmanova Sədaqət Məmmədyar qızı – sədr müavini
- Əlizadə Akif Ağamehdi oğlu
- Fərəcov Ədalət Nurulla oğlu
- İmamverdiyev Sudeyf Bəşir oğlu
- Mehdiyev Ramiz Ənvər oğlu
- Seyidzadə Dilarə Bağır qızı
- Mahmudov Yaqub Mikayıl oğlu
- Nəsirov Məmməd Yahya oğlu
- Cəbiyev Rizvan İsrafil oğlu
- Əsgərov Şahlar Qaçay oğlu
- Xəlilov Zahid Abdulla oğlu
- Abasova Adilə Ziyat qızı
- Ələkbərov Urxan Kazım oğlu
- Məmmədhəsənov Rafiq Musa oğlu
- Əliyev Cəmil Əziz oğlu
- Mərdanov Misir Cumayıl oğlu
- Əliyeva Nurlana Müzəffər qızı
- Əzizov İbrahim Vahab oğlu
- Əmiraslanov Əhliman Tapdıq oğlu
- Cahangirov Asif Baxış oğlu
- Qasımzadə Elbay Ənvər oğlu
- Həsənov Əli Şamil oğlu
- Məmmədov Tahir Tais oğlu
- Qoca Xeyrəddin Sayəddin oğlu
- Məmmədov Elman Camal oğlu
- Novruzov Vahid Tapdıq oğlu
- Rzayev Tahir Musa oğlu
- Abutalıbov Hacıbala İbrahim oğlu
- İsmayılov Nazim Mehdi oğlu
- Quliyeva Zərifə Rzaqulu qızı
- Hüseynov Vaqif Aslan oğlu
- Quliyev Tahir Məhərrəm oğlu