• Bakı 17° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Mahir Emrelinin son vəziyyəti açıqlandı

İDMAN

02 May 2025 | 19:37

Mahir Emrelinin son vəziyyəti açıqlandı

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanın "Fortuna Düsseldorf"a qarşı 31-ci tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.

"Nürnberq"in rəsmi saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də "Elbersberq"a qarşı 32-ci turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.

Qeyd edək ki, Emreli son turlar uğurlu oyunu ilə diqqət çəkir. Azərbaycanlı futbolçu son 3 bundesliqa matçında 4 qol vurub. Ümumən isə Mahir 21 matçda 7 dəfə rəqib qapısına yol tapıb./Qafqazinfo


SON XƏBƏRLƏR

02 May 2025