• Bakı 14° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Fərid Hüseynov: 2050-ci ilə qədər "net zero" hədəfinə nail olmaq planlaşdırılıb

MEDİA

02 May 2025 | 14:11

Fərid Hüseynov: 2050-ci ilə qədər net zero hədəfinə nail olmaq planlaşdırılıb

"2050-ci ilə qədər beynəlxalq aviasiya sahəsində "net zero" (xalis sıfır) hədəfinə nail olmaq planlaşdırılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada “Azərbaycan Hava Yolları" QSC- nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov deyib.

    O bildirib ki, AZAL-da bununla ⁵bağlı öhdəliklər götürüb: “2030-cu ilə qədər AZAL öz donanmasının yenilənməsi üçün 20-dən çox təyyarəni öz donanmasına əlavə etməyə hazırlıq işi görür. Bir sıra sahələrdə müəyyən çətinliklər baş verir. Aviasiya sahəsində də gecikmələr olur. Aviaşirkətlərdə olduğu kimi, gecikmələr və yubanmalar baş verir. Biz çalışırıq ki, ictimaiyyəti əvvəlcədən məlumatlandıraq".

    Fərid Hüseynov hava nəqliyyatının ictimaiyyəti maraqlandıran ən vacib sahələrdən biri olduğunu bildirib: “AZAL-da xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı çox böyük işlər görülür. Son 3 ildə əməliyyat və sərnişin dövriyyəsi baxımından AZAL böyük nəticələr əldə edib".


    SON XƏBƏRLƏR

    02 May 2025