• Bakı 29° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Bu yazıların yalnız 25%-i tərcümə materialı olaсaq - YENİ TƏLƏB

MEDİA

27 May 2025 | 11:20

Bu yazıların yalnız 25%-i tərcümə materialı olaсaq - YENİ TƏLƏB

“Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya müsahibəsində  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə.İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı ola biləcəyi ilə bağlı tələb irəli sürülüb.

“Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq”, - MEDİA-nın İcraçı direktoru vurğulayıb.


SON XƏBƏRLƏR