Fransanın səhiyyə naziri Katerina Vutrin “Ouest-France” qəzetinə müsahibə verib.
Bakıvaxtı.az sözügedən media qurumuna istinadən xəbər verir ki, o, iyulun 1-dən etibarən siqaret qadağasının hansı açıq ərazilərdə tətbiq olunacağı ilə bağlı məlumat verib.
Vutrin bu tarixdən etibarən parklar, bağçalar, çimərliklər, avtobus dayanacaqları və uşaqların olduğu məktəb əraziləri kimi açıq ərazilərdə siqaret çəkilməsinin qadağan ediləcəyini vurğulayıb.
O, qadağaya əməl etməyənlərin 135 avro cərimə oluna biləcəyinə diqqətə çatdırıb.
Əli Hüseynov