ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff yaxın bir neçə gün ərzində nüvə proqramı ilə bağlı mümkün razılaşma üçün İranla danışıqlar aparacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Qeyd olunub ki, danışıqların mövzusu İrana qarşı sanksiyaları yumşaltması müqabilində Tehranın uranın zənginləşdirilməsini dayandırması olacaq.
Danışıqların yeri və İran tərəfinin təmsilçilik səviyyəsi barədə hələlik məlumat verilməyib.