Petropavlovsk-Kamçatskidən 99 km aralıda 5,2 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.
Xidmətin məlumatına görə, seysmik hadisənin ocağı 52 km dərinlikdə yerləşib. Sakinlər zəlzələni hiss etdiklərini bildiriblər.