Ukrayna hökuməti dövlət sərhədini keçmə qaydasını yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Yuliya Sviridenko öz teleqram kanalında paylaşım edib.
Bildirilib ki, tammiqyaslı müharibədən sonra ilk dəfə olaraq 18-22 yaş arası kişilər sərhədi maneəsiz keçə biləcəklər.
Məlumata görə, bu, müvafiq yaşda olan bütün vətəndaşlara aiddir. Belə ki, bu qərar müxtəlif səbəblərdən xaricə gedən vətəndaşlara da şamil edilir.