• Bakı 14° C

    14.82 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Seçkiqabağı qadınlara yüz milyonlarla dollar ödəyəcək

DÜNYA

26 Sentyabr 2025 | 18:49

Seçkiqabağı qadınlara yüz milyonlarla dollar ödəyəcək

Hindistanın baş naziri Narendra Modi noyabrda keçiriləcək yerli seçkilər ərəfəsində Bihar əyalətində qadınlara 845 milyon dollardan çox pul ödəyəcəyini açıqlayıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Modi ştatda 7,5 milyon qadının hər birinin 10 min rupi (112,74 dollar) alacağını bildirib.

"Bu proqram hər ailədə bir qadına fayda verəcək", - deyə Modi bildirib.

Nəşr qeyd edir ki, baş nazir özünün Bharatiya Janata Partiyası ilə birlikdə seçkilərin keçirildiyi bir neçə ştatda ictimai dəstəyi artırmaq üçün son illərdə oxşar təşəbbüslər elan edib.

Analitiklərin fikrincə, “bu cür ödənişlər vasitəsilə qadınlara köçürülən milyonlarla dollar onların bəzi regionlarda seçkilərdə qələbə qazanmasının əsas səbəbi olub”.


SON XƏBƏRLƏR