• Bakı 14° C

    14.82 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Ukrayna üç Macarıstan hərbçisinin ölkəyə girişini qadağan etdi

DÜNYA

26 Sentyabr 2025 | 18:29

Ukrayna üç Macarıstan hərbçisinin ölkəyə girişini qadağan etdi

Ukrayna üç yüksək rütbəli Macarıstan hərbçisinə ölkəyə giriş qadağası qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün X səhifəsində yazıb.

“Belə bir addım Macarıstanın bir sıra Ukrayna hərbçilərinin onun ərazisinə girişinə qadağa qoymasına cavabdır. Macarıstan tərəfindən edilən hər bir hörmətsizlik adekvat cavabla qarşılanacaq”, - Sibiqa bildirib.

Qeyd edək ki, avqustun 28-də Macarıstan "Drujba" neft kəmərinə hücuma görə PUA komandiri, "Madyar" kimi tanınan Robert Brovdinin ölkəyə girişini qadağan edib.


SON XƏBƏRLƏR