İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxış edib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, o, çıxışına başlayarkən bir çox ölkə nümayəndəsi zalı tərk edib.
Netanyahu çıxışında deyib:
"Oktyabrın 7-də bir çox ölkələr bizi dəstəklədi, lakin bu dəstək tez bitdi. Təsəvvür edin ki, yüzlərlə terrorçu ABŞ-a hücum edib, yüzlərlə insanı girov götürüb. ABŞ necə cavab verəcək? Siz bizə embarqo qoyursunuz. Mən bu ölkələrin nümayəndələrinə səslənirəm: Siz İsrailin yanında olmalısınız. İsrail husiləri məhv etdi, HƏMAS-ın böyük hissəsini darmadağın etdi və Hizbullahı fəaliyyətsiz hala gətirdi. İsrail İranın atom silahı və ballistik raket proqramını məhv edib. Mən Trampı bu cəsarətli və qətiyyətli hərəkətinə görə alqışlayıram. İsrail İranın İsrail üçün mövcud olan təhdidini aradan qaldırdı. İranın nüvə potensialını bərpa etməsinə imkan verməmək üçün aydın düşüncəli və diqqətli olmalıyıq. İranın zənginləşdirilmiş uran ehtiyatı ləğv edilməlidir. İsrail Qəzzada işi mümkün qədər tez bitirməlidir. HƏMAS-ın son qalıqları Qəzza şəhərində gizlənir".
Mina Mikayılova