PKK-nın Türkiyə daxilindəki ünsürlərinin, eləcə də bölgədəki silahlı və qanunsuz birləşmələrin, xüsusən İraq və Suriyadakı silahlı və qanunsuz birləşmələrin dağıdılması və tərk-silahın davam etdirilməsi terrorsuz Türkiyə prosesinin əsas gündəmidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik X hesabında yazıb.
“PKK-nın Türkiyədən çəkilmək qərarı və tərksilah istiqamətində yeni addımların atılacağı barədə açıqlaması ilə yanaşı, terrorsuz Türkiyə istiqamətindəki irəliləyişin konkret nəticələridir”, - Çelik bildirib.
Qeyd edək ki, PKK Türkiyədən tamamilə çıxdığını açıqlayıb.
Bakı 


