Qazaxıstanın Manqistau vilayətində daha bir dəniz limanının tikintisi planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Orda” regionun başçısı Nurdaulet Kilıbaya istinadən məlumat yayıb.
Məlumata görə, dəyəri 300 milyon dollar təşkil edən layihə Çin şirkəti “Çjonnyun İnternəşnl” ilə birgə həyata keçiriləcək.
Planlaşdırılan yeni liman Çin–Qazaxıstan–Aktau–Bakı–Poti–Avropa marşrutunun tərkib hissəsi olacaq. Rəsmilər bildirirlər ki, bu layihə yükdaşımaların çatdırılma müddətini azaldacaq və xərcləri aşağı salacaq.
Bakı 



