"Yeni "2025-2030-cu illər üçün Milli Müdafiə Strategiyası" Rumıniyaya NATO-nun şərq cinahında Polşadan sonra ikinci ordu olmasına imkan verəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri İonut Moşteanu bildirib.
"Milli müdafiə strategiyası ona görə vacibdir ki, gələcək illər üçün istiqamət müəyyən edilir və son strategiya ilə müqayisədə paradiqma dəyişikliyi təşkil edir. Prezidentin bu strategiyada müəyyən etdiyi ambisiya NATO-nun şərq cinahında Polşadan sonra ikinci hərbi güc olmaqdır", - o, "Digi24" televiziya kanalına müsahibəsində deyib.
Bakı 



